Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Dəhşətli olay - Maştağada qayınata gəlinini hamamda qonşu ilə tutdu, amma...

08.06.2018 12:55

Bakıda qətl törətməkdə təqsirli bilinən 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngi ilə gəlini Aysel Məmmədovanı qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Seyidmalik Məmmədov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək istintaqa təslim olub.

Onun istifadə etdiyi, müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.

1993-cü il təvəllüdlü Aysel Məmmədova qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib. Bunu bilən qayınatası gəlinini gecə qoşalülə tüfənglə onu başından güllələyərək qətlə yetirib.

İstintaqla məlum olub ki, Seyidmalik Məmmədov gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib adlı şəxslə intim əlaqədə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirib.

Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov dekabrın 11-də, gecə evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub.

Qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.

Növbəti proses iyunun 13-də davam edəcək./Teleqraf.com

© xezerxeber.az


2597 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR