Siqaretləri elə yerdə gizlətmişdilər ki... - Ağlasığmaz variant - FOTO

15.05.2018 09:43

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Vaz 21013" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Xezerxeber.az-ın DGK-yə istinadən məlumat verir ki, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində "Sakurorta" yazısı olan siqaretlər aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






2210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR