Yaxın 3 gündə hava kəskin soyuyacaq, güclü külək əsəcək, leysan olacaq - VİDEO

14.05.2018 20:40

Yaxın 2-3 gün ərzində paytaxtda sərin hava müşahidə ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində duman olacağı proqnozlaşdırılır. Ümumilikdə isə may ayının 15, 16-sı və 17-si paytaxt ərazisində mülayim şimal qərb küləyi müşayiət olunacaq.

Çimərliklərdə isə dəniz suyunun temperaturunun 19 dərəcəyə qədər qalxacağı proqnazlaşdırılır. Paytaxtdan fərqli olaraq bölgələrdə yağış yağacağı və bəzi yerlərdə leysan olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasındakı hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






2549 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR