Bir gündə dünyada məşhurlaşan azərbaycanlı qız kimdir? - VİDEO

12.05.2018 15:42

Murad Göyəbakanın "Ay üzlüm” mahnısını ifa etməklə qısa müddət ərzində məşhurlaşan Nahidə Babaşlı Xəzər TV –nin "55” verilişinin qonağı olub.

Rusiya və Türkiyə telekanallarının diqqətini cəlb edən 22 yaşlı ifaçının Bakı Dövlət universitetinin 4-cü kurs tələbəsi olduğu məlum olub.
Nahidə belə məşhurlaşacaını gözləmədiyini söyləyib:"Vallah, sözün düzünü desəm, heç özüm də bilmədim necə məşhur oldum. İfamı studiyada yazdırdım və Youtube kanalına yerləşdirdim. İnanmazdım belə məşhurlaşacam və dəvətlər alacam. Təhsil aldığım üçün xarici telekanallar aldığım dəvətləri qəbul etmirəm. Universiteti biitirdikdən sonra, təklifləri qəbul edəcəm".

Verilişin digər qonağı - Elnarə Abdullayeva Nahidə Baxışlının atası ilə bacı-qardaş münasibətlərində olduğunu açıqlayıb. Gənc ifaçı əməkdar artistin sözlərini təsdiqləyib: "Qan qohumluğumuz olmasa da, bir ailə kimiyik" - deyib. (BAKU.WS)


© xezerxeber.az

FOTOQALERIYA






2141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR