Zərərsiz şokoladı necə hazırlamalı? - RESEPT

15.04.2018 14:58

Bugün marketlərdə satılan şokoladların tərkibində kifayət qədər kimyəvi zərərli maddələr aşkarlanır.

Zərərsiz ev şokoladı hazırlamağın ən sadə üsulunu təqdim edirik, üstəlik bu prossesə cəmi 10 dəqiqə vaxtınız gedəcək.

Tərkibi:

5 x/q kakao

2 x/q şəkər tozu

50 qr kərə yağı

0,5 stəkan süd

Картинки по запросу домашний шокоÐ

Hazırlanması:

Südü bir qazanda qaynatmadan qızdırın. Şəkər tozu və kakaonu qarışdırın. Ehtiyyatla südün üstünə əlavə edin. Sonra kərə yağını da kütləyə tökün. Kütləni 2 dəqiqə də qarışdıraraq, aşağı odda bişirin. Bu müddətdə bütün ərzaqlar bir-birinə qarışacaq. İsti şokoladı zövqə görə formalara töküb, soyudun. Soyuduqdan sonra, bir neçə saat soyuducuda saxlayın. İstədiyiniz vaxt şokoladı formalarda çıxardıb, dadından zövq alın.

© xezerxeber.az


992 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR