Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Dünyanın ən böyük hava limanının istismara verilməsi vaxtı açıqlandı - VİDEO

14.04.2018 20:05

Dünyanın ən böyük tranzit dəhlizlərindən olan İstanbulun beynəlxalq sərnişin və yük daşınmasında yeni bir era başlayır.

Xezerxeber.az-ın məlumatına görə, memarlıq üslubu, nəhəgliyi və dünyanın heç bir havalimanında olmayan yenilikləri diqqət çəkən hava limanı Türkiyənin markası olmağı hədəfləyir.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan dünyanın öndə gedən mediya qurumlarının təmsilçiləri ilə bərabər 3- cü hava limanını gəzib, inşaatının 80 faizinin bitdiyini açıqlayıb. Hava limanının adı açılacağı gün elan olunacaq. Türkiyə Cumhuriyyətinin 95-ci il dönümündə ilk uçuş həyata keçiriləcək.

Hava limanında gərgin işlər gedir, avqustun 30-na qədər bütün işlər tamamlanacaq və rəsmi işlərin aparılması üçün dövlət hava yollarıına təhvil veriləcək. 29 oktyabrda isə hava limanının açılışı baş tutacaq.

Yeddi giriş qapısı olan hava limanında birinci terminalda başlanğıc və sonu arasındakı məsafə 6 km-dir. Havalimanında son texnologilardan istifadə olunub.

İstanbulda üçüncü hava limanının istismara verilməsindən sonra hazırda fəaliyyət göstərən Atatürk hava limanı köməkçi statusda olacaq və əsasən daxili uçuşlar, habelə rəsmi qonaqların təyyarələrini qəbul etmək üçün istifadə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1581 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR