Messi türk ulduzu PƏRT ETDİ - BÖYÜK AYIB - VİDEO

11.04.2018 12:45

Dünən gecə baş tutan "Roma”-"Barselona” oyununda Messinin üzgünlüyü gözlərdən qaçmayıb.

1983-84 mövsümündən sonra ilk dəfə adını Çempionlar Liqasının yarımfinalına yazdıran "Roma” zəfər qolunu türkiyə futbolçu Cengiz Ünderin məhsuldar ötürməsi ilə əldə edib.

Qalib gəldiyi üçün sevincindən yerə-göyə sığmayan türkiyəli ulduz uşaqlıqdan pərəstiş etdiyi Lionel Messiyə salam vermək üçün yaşıl meydançanın kənarına gedib. O, Messi ilə salamlaşmaq məqsədilə bir müddət gözləsə də, argentinalı ulduz kimsə ilə üz-üzə gəlməmək və danışmamaq üçün başını aşağı salaraq soyunma otağına gedib.

Cengiz Ünder isə matçdan sonrakı açıqlamasında Messiyə qarşı oynamağın həyəcan verdiyini, ancaq matçdan qalib ayrıldıqlarına görə daha çox sevindiyini bildirib./publika.az

© xezerxeber.az


2703 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR