Bergüzar Korellə Halit Ergençin məşhur villası görün nə hala düşdü - VİDEO

11.04.2018 11:46

Baş rollarda Halit Ergençlə Bergüzar Korelin oynadığı "Min Bir Gecə" serialının çəkilişlərinin aparıldığı Hekimbaşı Saleh Əfəndi villası dağıdılıb.

Aktrisa onun üçün doğma olan məkanının dağıdılmasına təəssüfləndiyini gizlətməyib:

"Tarixi tikili idi, o villada çoxlu filmlər çəkilib. Biz də orada çox çəkiliş aparmışıq. Xəbəri görəndə də çox üzülmüşük. Tarixi irsimiz getdi. Təəssüf".

Bərgüzar Korel Türk seriallarına qoyulan Ərəb embarqosuna əhəmiyyət vermədiyini də sözlərinə əlavə edib: "Bu məsələ üzərində çox düşünməmək lazımdır. Onsuz da Ərəb dünyası Türk serialları üçün çox böyük bazar deyil”.

Latın Amerikada seriallarımız daha geniş auditoriyaya çatır. Balkanlarda da eyni şəkildə. Argentinada da böyük pərəstişkar ordumuz var. Hətta mənim klubuma da gəldilər. Çox təəccüblənmişdim".

Qeyd edək ki, bundan başqa, baş rollarda Halit Ergenç, Tuba Büyüküstün və Nejat İşlerin oynadığı "İstanbul Qırmızısı" Boğazın ən diqqət çəkən abidələrindən olan həmin villada çəkilmişdi./publika.az


© xezerxeber.az

FOTOQALERIYA






1071 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR