​“Whatsapp”dan daha bir YENİLİK

13.03.2018 15:42

"WhatsApp” istifadəçilərinə arzuolunmaz mesajı silmək üçün daha çox vaxt verilib. Messencerin tərtibatçıları bu funksiyanı təkmilləşdiriblər.

"WhatsApp”ın ən son beta-versiyası artıq yükləmə üçün əlçatandır.

Əvvəllər mesajı göndərmə anından 8 dəqiqə 32 saniyə ərzində silmək mümkün idi. İndi isə həmsöhbətin qurğusundan ona göndərilmiş mesajı 1 saat 8 dəqiqə ərzində silmək olar.

"WhatsApp” messencerinə mesajları silmək funksiyası ilk dəfə 2017-ci ilin payızında tətbiq edilib.

© xezerxeber.az


974 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR