Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

"Xəzər" Televiziyasından Açıqlama

13.03.2018 16:51

Bu gün report.az informasiya portalı "Xəzər" televiziyasının cənub bölgəsi üzrə müxbiri Elvin Əkbərovun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayıb.

Bu məlumat sonradan digər informasiya resurslarında və sosial şəbəkələrdə tirajlanıb. "Xəzər" televiziyası olaraq bəyan edirik ki, adıçəkilən portalın qeyd etdiyi kimi əməkdaşımızın həbs olunmasından və ya saxlanılmasından söhbət getmir. Sadəcə olaraq, Elvin Əkbərov səhər saatlarında əri tərəfindən döyüldükdən sonra öldüyü iddia olunan qadınla bağlı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında çəkiliş aparıb. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb və çəkilişin mövzusu ilə bağlı məlumat verməsi üçün əməkdaşımız şöbəyə dəvət olunub. Bu zaman Elvin Əkbərov polis şöbəsinin rəisi, polis-polkovniki İslam Ümbətov ilə görüşüb və hadisə ilə bağlı ona məlumat verib. Daha sonra Elvin Əkbərov polis şöbəsini tərk edib.

Bir daha qeyd edirik ki, əməkdaşımız Elvin Əkbərovun saxlanılması və ya həbs olunması barədə məlumatlar tamamilə əsassızdır. Həmkarlarımızdan xahiş edirik ki, informasiya yayarkən peşə etikasının tələblərinə riayət etsinlər.

© xezerxeber.az

FOTOQALERIYA






770 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR