Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Şirvanda qəzada xəsarət alanların hamısı qadındır - ADLAR - YENİLƏNİB

13.03.2018 10:23

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxsləri kimliyi müəyyənləşib.

Onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.
Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.
Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

***
08.45

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






1008 dəfə oxunub

ÇOX OXUNANLAR