Prezident yeni qərargah rəisi təyin etdi - SƏRƏNCAM

12.03.2018 15:44

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb. (apa)

© xezerxeber.az


1672 dəfə oxunub

ÇOX OXUNANLAR