TƏLİM: Ordu HƏYƏCAN SİQNALI ilə qaldırıldı - rayonlara doğru hərəkətə keçdi - VİDEO

12.03.2018 13:28

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

© xezerxeber.az

FOTOQALERIYA






1188 dəfə oxunub

ÇOX OXUNANLAR