Prezident silahla futbol meydanına girdi, sonra... - TÜKÜRPƏDƏN HADİSƏ - VİDEO

12.03.2018 12:58

Yunanıstan Liqasında dəhşətli olay baş verib.

Liqanın lideri AEK həftəyə 2-ci sırada girən PAOK-un qonağı olub.

Matçın son anlarında yaşanan bir nüans tərəflər arasında mübahisəyə səbəb olub. Belə ki, oyunun son anlarında Varela PAOK-un və qarşılaşmanın yeganə qolunu vurub. Baş hakimlə yan xətt hakiminə futbolçunun oyundankənar vəziyyətdə olduğunu bildirib və qolu keçərli saymayıb.

Qərardan hiddətlənən PAOK heyəti hakimə sərt şəkildə etirazlarını bildirib və hər iki tərəf yaşıl meydançaya daxil olub. Olay zamanı PAOK-un prezidenti İvan Savvidesin belində odlu silah olduğu gözdən qaçmayıb.

Qalmaqal səbəbindən oyun sonadək davam etdirilməyib.

© xezerxeber.az

FOTOQALERIYA






1220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR