Azərbaycanlı müğənni iki uşaq atası olan məşhur İŞ ADAMI İLƏ EVLƏNDİ - MÖHTƏŞƏM VİDEO

09.03.2018 13:02

Azərbaycanlı caz ifaçısı Rilaya Hüseynzadə tanınmış iş adamı Andrey Sarıçevlə ailə qurub.

Sənətçi ilə iş adamının toyu martın 7-də Bakı restoranlarının birində baş tutub.

Müğənni həyat yoldaşı ilə birlikdə toy üçün xüsusi rəqs səhnəsi hazırlayıb. Tanqo üçün gəlinliyini dəyişib alqırmızı libas geyinən ulduz möhtəşəm rəqs nümayiş etdirib. Cütlüyün seksual tanqo rəqsi sosial şəbəkədə marağa səbəb olub.

Məlumat üçün bildirək ki, caz ifaçısının həyat yoldaşı Andrey Sarıçev Azərbaycan Mini Futbol Assosiasiyasının Vitse-prezidenti, həmçinin "Azfar Sport Events & Promotion”nun baş direktoru, təsisçisi və tərəfdaşıdır.

Əldə etdiyimiz məlumata görə, 40 yaşlı iş adamı bir dəfə evli olub. Onun ilk nikahından bir qızı və bir oğlu var./publika.az

© xezerxeber.az


1842 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR