Ailəsini idarə edə bilmir, amma hakimiyyət sevdasındadır - Əli Kərimlinin oğlunun biədəb görüntüləri yayıldı - VİDEO

07.03.2018 20:34

Bir vaxtlar Azərbaycan əleyhinə keçirilən tədbirlərdə erməni separatçıları ilə eyni cəbhədə çıxış edən Əli Kərimlinin oğlu Türkel Kərimli, indi də Londonda bahalı eyş-işrət məclislərindəki qeyri-əxlaqi fotoları ilə gündəmə gəlib. Görəsən Əli Kərimli bütün bunlara münasibət bildirmək əvəzinə insanlara siyasi çağırışlar etməyə özündə necə mənəvi haqq tapır?

Şəkilərdəki şəxs özünü radikal müxalifətin əvəzsiz lideri hesab edən Əli Kərimlinin oğlu Türkel Kərimlidir. Şəkillər isə Londonun ən bahalı eyş-işrət məclisi təşkil edən gecə kulblarında çəkilib.

Əslində haqqın.az saytının yaydığı bu şəkillər Əli Kərimlinin oğlunun Londonda nə ilə məşğul olduğu haqqında təəssürat yaratsa da, bununla bağlı məqalədə yazılanlar vəziyytətin daha acınacaqlı və iyrənc olduğunu göstərir. Hətta məqalədə şəkillərin ən abırlı olanlarının yayımlandığı digər şəkillərin isə əxlaqi nöqteyi nəzərdən üzə çıxarılası olmadığı bildirilir. Sadəcə onu demək kifayətdir ki, şəkilləri redaksiyaya göndərən şəxs bildirib ki, "Müsəlman ölkəsi olan Azərbaycanda doğurdanmı eynicinsli şəxslərin münasibəti və nikaha girməsi məsələsinə normal yanaşırlar?" Bu suala cavab verməli olan şəxs yəqin ki, həmin övlada tərbiyə verən atası Əli Kərimlidir.

Elə ona görə də məqalənin dərin təfərrüatlarına girmədən yaranan digər suallara cavab axtaraq. Söhbət həmin Əli Kərimlidən gedir ki, pafoslu çıxışlarında daim məmur balalarının qudurğanlığından, qeyri-etik hərəkətlərindən dəm vurur. Elə isə radikal düşərgənin "əvəzolunmaz" lideri, bəlkə bu sualları cavbalandırsın...

Hər şeydən əvvəl,Türkel Kərfimli Londonun ən bahalı gecə klublarında xərclədiyi pulları hardan alıb?

Axı Əli Kərimli məşhur maliyyə oliqarxı deyil ki, onun oğlu Londonda pul sovursun. Yoxsa həmin pullar qərbdən Əli Kərimliyə məlum məqsədlər üçün göndərilən qrantlardır?! Amma gəl gör ki, Əli Kərimli və ümumiyyətlə radikal düşərgədəkilər daş atıb başlarını tuturlar ki, onlar xaricdən maliyyələşmirlər. Bu suala Əli Kərimli tutarlı bir cavab hazırlamalıdır. Çünki eyni sualı xaricdəki ağalar da Əli Kərimliyə verəcək ki, "biz pulu sənə ona görə verməmişik ki, Türkel Londanda əxlaqsız partilər təşkil etsin?"

Hərçənd, Əli Kərimlinin oğlu ilə bağlı yaxın keçmişdən aydınlıq gətirməli olduğu kifayət qədər məsələlər var. Məsələn, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos adına insan haqları komissiyasındakı dinləmələri yada salmaq yerinə düşər. Həmin vaxt Əli Kərimli oğlunu siyasi səhnədə sınamaq fikrinə düşmüşdü. Türkel Kərimli Azərbaycan əleyhinə olan həmin dinləmələrdə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Bako Saakyanın oğlu Armen Saakyanla eyni cəbhədən çıxış etmişdi. Azərbaycan ictimaiyyəti bununla bağlı hələ də qaneidici bir cavab ala bilməyib. Görünən odur ki, Əli Kərimli sözün bütün mənalarında öz yerinə oğlunu hazırlayır.

İndi keçək digər suallara. Hakimiyyətə iddia edən Əli Kərimli əgər öz ailəsini idarə edə bilmirsə, övladına tərbiyə verib sahib çıxa bilmirsə, dövləti necə idarə edəcək? Axı bu iş pafosla nitq söyləyib digərlərini ittiham, tənqid və təhqir etməyə bənzəmir. Bu heç 20 il bir partiyanın kreslosunu qucaqlamağa da bənzəmir. Nəzərə alaq ki, Əli Kərimlinin partiyanı da normal idarə etməsindən söhbət gedə bilməz. Sadəcə onu xatırlatmaq kifayətdir ki, məhz Əli Kərimlinin bacarıqsızlığı və eqoizmi ucbatından partiya bir neçə dəfə parçalanıb. Yaxşı olar ki, Əli Kərimli gecə-gündüz çağırış etdiyi mitinqə qədər bu suallara cavab versin. Yoxsa bu, onun ətrafına yığışan beş-altı nəfərdən ibarət qohum-əqrabasının da üz döndərməsi ilə nəticələnəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






3917 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR