Evi isti pol etdirmək bizə neçəyə başa gələr? QİYMƏTİ - VİDEO

01.03.2018 20:57

Son vaxtlar yeraltı istilik sistemlərinə maraq artıb. Satıcılar bildirir ki,bu cihazdan istifadə heç bir təhlükə yaratmır. Bəs qiymətlər neçəyədir?

Əvvəlcə yerə düzülür sonra isə üzərindən döşəmə və ya kafel-metlaq vurulur. İşə saldıqdan sonra otağın bütün ərazisi istiliklə təmin olunur.

Son vaxtlar ''yeraltı isitmə sistemlərinə maraq artıb.Ölkəyə əsasən İtalya və Danimarkadan gətirilən bu cihazlar həm kombi, həm də elektrik sistemilə işləyir.

Qiyməti isə kvadratından asılı olaraq dəyişir.

Bəzi hallarda vətəndaşlar bu sistemləri alıb quraşdırdıqdan sonra mənzillərdə və obyektlərdə yanğın və ya elektik vurması ilə nəticələnən hadisələrin baş verəcəyini ehtimal edirlər.Bəs həqiqətənmi bu cihazdan istifadə təhlükəlidir.?

Satıcılar tövsiyyə edir ki, ''yeraltı istilik sistemləri'' quraşdırarkən təəcrübəli ustalara müraciət etsinlər.


© xezerxeber.az

FOTOQALERIYA






4683 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR