Dilənçinin cibindən 740 min dollar çıxdı

14.02.2018 14:15

İsveçin Uppsala şəhərinin polisləri cibində 6 milyon kron (təxminən 741 min dollar) olan dilənçini saxlayıblar.

Dilənçi asayiş keşikçilərinin diqqətini aqressiv davranışı ilə cəlb edib.

Polisin sözlərinə görə, dilənçi saxlanılarkən onun cibindən pullar düşməyə başlayıb.

Qeyd edək ki, İsveçdə dilənçilik problemi kəskindi. Cəmiyyətdə dilənçiliyə qadağa qoyulması barədə qanunun diskussiyası aparılır./publika.az

© xezerxeber.az


737 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR