Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

25 gün əvvəl itkin düşmüş gənc qadın tapıldı

12.02.2018 10:02

Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.

Rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.

Rüfət Məmmədov bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, Qara Qarayev metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.


Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: "Yanvarın 18-də nahar vaxtı Türkan Lətifovanın mənə zəng etdi ki, evdə yeməmi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda "Rüfət səni sevirəm, amma gedirəm” sözlərini yazmışdı”.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






1457 dəfə oxunub

XƏBƏRLƏR

15.11.2018 09:24

Hava yağmursuz olacaq

ÇOX OXUNANLAR