Sürücülərin diqqətinə! - Cərimələrlə bağlı qaydalar dəyişdirildi

11.02.2018 14:41

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklər məcəllədəki bəzi müabhisəli məqamlara son qoyacaq.

Bu barədə hüquqşunas Ərşad Hüseynov bildirib ki, yolda müəyyən olunan sürət həddini aşan sürücülər üçün 4 fərqli məsuliyyət nəzərdə tutulur:

"İnzibati Xətalar Məcəlləsinin 151-1-ci maddəsi sürət həddinin aşılma dərəcəsinə görə dörd səviyyədə məsuliyyət nəzərdə tutur:

Sürət həddi 10-20 km/saat aşılarsa – 10 manat cərimə;

Sürət həddi 20-40 km/saat aşılarsa – 50 manat cərimə və 2 cərimə balı;

Sürət həddi 40-60 km/saat aşılarsa – 150 manat cərimə və 3 cərimə balı;

Sürət həddi 60 km/saat-dan çox olarsa – 250 manat cərimə və 4 cərimə balı.

Amma bu cərimə problemlər yaranmasına səbəb olurdu. Belə ki, bəzən yol polisləri sürücünü yolda saxlayıb deyirdilər ki, sürət həddini 20 km/saat aşmısan və 50 manat cərimə ödəməlisən. Halbuki 10 manat da cərimələmək olardı. Bu mübahisəni aradan qaldırmaq üçün təzə məcəllədə dəyişikliklər edilib.

Həmin dəyişikliklərə əsasən:

Sürət həddi 10-20 km/saat aşılarsa – 10 manat cərimə;

Sürət həddi 21-40 km/saat aşılarsa – 50 manat cərimə və 2 cərimə balı;

Sürət həddi 41-60 km/saat aşılarsa – 150 manat cərimə və 3 cərimə balı;

Sürət həddi 61 km/saat-dan çox olarsa – 250 manat cərimə və 4 cərimə balı.

Yəni, məsələn, sürət həddini 20 km/saat aşmısansa, 50 manat yox, 10 manat ödəməlisən”.

Qeyd edək ki, yeni məcəllə mayın 1-dən qüvvəyə minəcək.

© xezerxeber.az


5201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR