Lotereyada 451 milyon dollar udub

13.01.2018 09:12

"Associated Press” agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Florida ştatının sakini "Mega Millions” lotereyasında 451 milyon dollar məbləğində cek-pota sahib olub.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Misslerdir. O, uduşunu bütünlüklə dərhal götürmək istəyib. "Mega Millions”un qaydalarına görə, hazırda ona məbləğin ancaq bir hissəsi - 282,8 milyon dollar düşür. Cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.

Uduşlu bilet Port-Riçidə "7-Eleven” mağazalar şəbəkəsindən alınıb. Şeyn Missler işdən çıxmaq və Port-Riçidən köçmək fikrindədir.

© xezerxeber.az


1095 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR