Limitlər nə vaxt sıfırlanacaq? — "Azəriqaz"dan açıqlama

22.12.2017 17:41

"Azəriqaz” İstehsalat Birliyi abunəçilərə müraciət edib.

"Azəriqaz” İstehsalat Birliyindən XəzərXəbər-ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Məlumatda deyilir ki, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq, 2017-ci ildə olduğu kimi 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq. Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2018-ci il tarixdən başlayaraq smart-karta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaq.

İstehsal Birliyi tərəfindən qeyd edilib ki, cari il ərzində abonentlərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb və məlum olub ki, mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin 20%-i ayrılmış illik limiti keçib.

"Azəriqaz” İB istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədi ilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək. Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün "Azəriqaz” İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.

© xezerxeber.az


4243 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR