Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için - ARIQLAYACAQSINIZ

06.12.2017 14:43

Arıqlamaq üçün ən təsirli qarışımlardan biri soğan ilə hazırlanan qarışımdır. Ailem.az sizə faydalı soğan qarışımını təqdim edir.

Sağlamlıq baxımından saysız faydası olan soğan metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Bundan pəhriz və məşq proqramlarında çox istifadə edilir. Çünki bədəndə yaranan yağlanmanı azaldaraq, arıqlamağa kömək edir. Lakin adətən soğanın özü deyil, suyu istifadə edilir. Səbəbi isə soğanın içərisindəki faydalı enzimlərin kəsildikdən sonra itməsidir. Buna görə soğan suyu ilə hazırlanan qarışım arıqlamağa daha çox kömək edir.

Soğan suyu qarışımı

Lazım olanlar:

1 ədəd qabıqlı soğan

2 stəkan su

Hazırlanması:

Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Hazırladığınız qarışımı süzün və yeməklərdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizi, həm də metabolizmanın sürətli işləməsini təmin edəcək.

© xezerxeber.az


1131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR