Qanlı savaşın anonsu verildi - İNTİQAM ANDI

06.12.2017 14:40

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin oğlu Əhməd Əli Saleh atasının intiqamını almağa çağırıb.

Səudiyyə Ərəbistanının "Əl Əkbəriyə” telekanalına danışan Əhməd Əli Saleh Yəmənin son husidən təmizlənməsinə qədər döyüşəcəyini deyib.

Qeyd edək ki, İranın "Tasnim” agentliyinin yazdığına görə, eks-prezident başçılıq etdiyi partiyanın başqa rəhbərləri ilə Marib şəhərinə qaçmağa çalışarkən husilər tərəfindən öldürülüb.

Hərbi mənbələrə istinadən "Skay Nyus Arabia” televiziyasının verdiyi məlumata görə, Saleh paytaxt Sananın yaxınlığında yerləşən Sanxan yaşayış məntəqəsində (Salehin vətəni sayılır) qətlə yetirilib. Telekanal bildirir ki, güllə atışmadan sonra avtomobildən çıxan keçmiş prezidentin başına dəyib.

Yəmən prezidenti Əbd Rabbu Mansur Hadi ölkə əhalisinə müraciətlə çıxış edərək onları hüsilərə qarşı müqavimət göstərməyə çağırıb.

"Yəmən xalqını terror qruplaşmasının əsarəti altında olan bütün əyalətlərdə üsyan qaldırmağa, husilərə müqavimət göstərməyə çağırıram", - deyə Mansur Hadi bildirib.

Misirin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd əl-Orabi bildirib ki, Yəməni daha şiddətli vətəndaş müharibəsi bürüyəcək./publika.az

© xezerxeber.az


1935 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR