Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

06.12.2017 13:23

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5° aşağı enəcək, maksimal hərarət 5-8° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

© xezerxeber.az


1429 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR