Saxta toy ifşa olundu: Bəyə 20 min verilib, toydan 100 min pul yığılıb

04.12.2017 16:26

Azərbaycan şou-biznesinin bir neçə ay öncə gözlənilməz şəkildə ailə quran və bu günlərdə boşanma xəbərləri yayılan məşhur cütlüyü barədə redaksiyamıza ilginc məlumat daxil olub.

XəzərXəbər-in Lent.az-a istinadla xəbərinə görə, bir neçə ay öncə evlənmək qərarı verən bu cütlüyün toyu, sən demə, sadəcə qarşılıqlı biznes əməkdaşlığı imiş.

Hər iki şəxsə yaxın adamlardan əldə etdiyimiz məlumata görə, şou-biznes nümayəndəsi toyda bəy rolunda iştirak etmək üçün gəlin tərəflə razılaşaraq 20 min manat pul alıb. Gəlin tərəfin bu gözlənilməz toya razılıq verməkdə məqsədi isə sadəcə pul qazanmaqdan ibarət olub. Bildirilir ki, illərdir şou-biznesdə həmkarlarının xeyir işlərinə gedən müğənni özü də toydan pul qazanmaq üçün belə üsula əl atmağı seçib. Bizdə olan məlumata görə, toydan 100 min manatdan çox pul götürülüb.

Qeyd edək ki, xəbərdə haqqında bəhs olunan cütlüyün adı bizə bəlli olsa da, məhkəmə perspektivini nəzərə alaraq, onların kimliyini açıqlamamağı üstün tuturuq. Lakin diqqətli oxucu söhbətin kimlərdən getdiyini anlamaqda çətinlik yaşamayacaq.

© xezerxeber.az


2914 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR