Natavan Həbibinin boşanmasının ƏSL SƏBƏBİ: SƏN DEMƏ, DADO...

04.12.2017 15:15

Bu gün müğənni Natavan Həbibinin boşanma xəbəri gündəmə bomba kimi düşüb.

Bu xəbərin ardından müxtəlif iddialar səslənməyə başlayıb. Kimisi evliliyin saxta olduğunu, kimisi isə Natavanın pul yığmaq üçün bu hərəkəti etdiyini bildirib. Ortalıqda gəzən digər iddialardan birini də Natavanın yaxın ətrafı səsləndirir. Onların iddiasına görə, Natavanın boşanmasına səbəb repçi həyat yoldaşı Dadonun narkotik vasitələrdən istifadə etməsidir.

Natavanın instaqram statusunda "Anlamışdım haqlı idiniz. Siz hər şeyi görüb, mənə deyirdiniz. Bir çoxunuzun fikrinin düzgün olduğuna əmin olmuşam, lakin sizə qulaq asmamışam” sözlərini yazması da, bu iddiaları gücləndirən səbəblərdən biri olub.

Qeyd edək ki, Dado tanınmış repçi Elşad Xose ilə dostluq edir. Natavanla küsülü olan eks-rəfiqəsi Oksana da eyni səbəblə Elşadla münasibətlərini kəsmişdi.

Onu da bildirək ki, hər iki tərəf telefonlara cavab vermir və rəsmi açıqlama verməkdən boyun qaçırırlar./publika.az

© xezerxeber.az


7008 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR