Bakıda qəzada ölən polislərin GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO (YENİLƏNDİ)

11.11.2017 13:41

Ötən gün paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verən qəzada iki polis həlak olub .Xidməti əraziyə gedərkən qəzaya düşən polis əməkdaşlarının fotoları yayımlanıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.(azxeber)

© xezerxeber.az


2954 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR