Bu şəxslərin pensiyaları azaldılacaq - QANUN LAYİHƏSİ

11.11.2017 13:32

ABŞ Konqresində sabiq prezidentlərə ödənilən pensiyaların ölçüsünün ildə 200 min dollara qədər məhdudlaşdırılması təklif edilib.

Bu haqda "Washington Examiner” nəşri bildirib.

Təşəbbüs yalnız pensiya ödəmələrinə toxunmur. Qanun layihəsinin təşəbbüskarı, respublikaçı Codi Xays həmçinin onların ofisləri və əməkdaşlarının maaşları üçün ayılan pulun tədricən azaldılmasını təklif edib.

Təşəbbüsün tərəfdarlarının sözlərinə görə, sabiq prezidentlər açıq çıxışlardan və memuarların satışından kifayət qədər qazanırlar, buna görə də onlar maddi yardımlara ehtiyac duymurlar.

"Bizim dövlət borcumuz 20 trilyon dolları ötür. Büdcə vəsaitinin nəzarətsiz xərclənməsini dayandırmaq üçün tərəfimizdən təklif edilən ölçülər əhəmiyyətlidir”, - senator Coni Ernst hesab edir.

Nəşr qeyd edir ki, keçmiş prezidentlərdən Cimmi Karter ötən il pensiyadan əlavə 230, Bill Klinton 700, kiçik Corc Buş isə 800 min dollardan çox alıb./publika.az

© xezerxeber.az


4192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR