"Qoca" öldü - RƏSMİ TƏSDİQLƏNDİ

02.11.2017 09:32

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, "Qoca" ləqəbli Etibar Məmmədov dünən gecə saatlarında keçirilən əməliyyat zamanı ağır yaralanıb. Vəziyyəti ağır olan "Qoca" səhər saatlarında xəstəxanada ölüb.

***

Bakıdakı atışmada yaralanan "Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

***

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.

Bu barədə məlumatı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

E.Sultanovun sözlərinə görə, qaçan məhbusun saxlanılması ilə bağlı rəsmi məlumat mətbuata açıqlanacaq.

© xezerxeber.az


9091 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR