Bakıda ölüm saçan təkərdoldurma məntəqələri - Diqqətli olun!

12.10.2017 14:40

Bu gün hər iki küçədən birində təkərdoldurma məntəqəsi fəaliyyət göstərir.

Lakin bu cür məntəqlərin heç də hamısında işin mütəxəssisləri çalışmır. Təkərə vurulan havanınn çox, yaxud az olması sonradan avtomobildə problemlər yaradır.
Avtomobil ustası Əli Sulatov Metbuat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ manometrin düz göstərməsidir:

"Təkərdə havanın az, yaxud çox olmasının həyat üçün bir o qədər təhlükəsi yoxdur. Onun təkərin özünə və avtomobilə ziyanı var. Təkər boş olan zaman, onun ömrü azalır. Çox olan zaman isə avtomobili idarə edərkən diskomfort hissi yaradır. Standarta uyğun olsa, daha yaxşı olar. Bu, təkər istehsal olunan zaman nəzərə alınır. Onun haqda məlumat isə avtomobilin üzərində qeyd edilir. Yazılır ki, təkərin təziqi 2.2 olmalıdır. Biz onu 2.5 eləsək, qorxusu yoxdur”.

© xezerxeber.az


1371 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR