Tatamidə QALMAQAL - Ana uduzan oğlunu döydü - VİDEO

12.10.2017 13:41

Rusiyanın Novqorod vilayətinin Boroviçi şəhərində uşaqlar arasında keçirilən cüdo yarışlarında qalmaqal baş verib.

Yarışda uduzan uşaqlardan biri anası tərəfindən döyülüb.

"Uşaq qalib gəlirdi və sonra son saniyələrdə təmiz fəndlə uduzdu. Məğlubiyyətə dözməyərək orta barmağını hakimə göstərdi. Bunu görən anası onun dərsini vermək qərarına gəldi”, - cüdo üzrə məşqçi Viktoriya Çistyakova deyib.

"Böyük Novqorod” portalının məlumatına görə, qadını oğlunun uduzması deyil, idmançıya yaraşmayan davranışı özündən çıxarıb.

İstintaq Komitəsinin Novqorod üzrə idarəsi hadisə üzrə araşdırma aparır./publika.az


© xezerxeber.az


1502 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR