Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq - Buz bağlayacağıq...

09.10.2017 17:40

"Bu il qış ötən ilkindən sərt olacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq:

"İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq. Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq. Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

© xezerxeber.az


3130 dəfə oxunub

ÇOX OXUNANLAR