"O Ses Türkiye"yə qatılan azərbaycanlı münsifləri heyran etdi - VİDEO

08.10.2017 16:51

Ötən gün "O səs Türkiyə" mahnı müsahibəqinin növbəti mövsümünə start verilib. Müsabiqədə azəbaycanlı iştirakçı Adil Baxışlı "Unchained Melody" mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib. Hadisə onun səsinə valeh olduğunu bildirib və ifas tərzini Elnur Hüseynova bənzədib. A.Baxışlı isə Hüseynovla eyni müəllimdən dərs aldığını deyib. Gökhan Öztürk də Adilin səsini bəyəndiyini deyib. Həmyerlimiz sonda Hadisənin komandasında yarışmaq istədiyini deyərək onu seçib.

"Qaynarinfo" xəbər verir ki, sosial şəbəkədə də tamaşaçıların dəstəyini alan A.Baxşıyev musavat.com saytının suallarına cavab verib.

- Adil Baxışlı kimdir? Özünüzü oxuculara necə təqdim edərdiniz?

- Masallı rayonunda anadan olmuşam. 28 yaşım var. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyyət göstərən musiqi kollecini bitirmişəm. Restoranlarda səhnəyə çıxıram. Eyni zamanda avtomobil kiralama şirkətim var.

- Necə oldu ki, "O səs Türkiyə"yə qatılmağa qərar verdiniz?

- İzlədiyim müsabiqədir. Orada şansımın çox olduğunu düşündüm. Eyni zamanda "O səs Türkiyə" tanınmaq üçün gözəl yoldur. Səsimə də çox güvənirdim. Beləliklə, müsabiqəyə qatıldım. İstədiyim nəticəni də əldə etdim.

- Niyə Gökhan yox, Hadisə...?

- Hadisə məni komandasında daha çox istəyirdi. Həm də ifa tərzimiz bir-birinə yaxındır.

- "O səs Türkiyə" müsabiqəsində birinci ola biləcəyinizə inanırsınız?

- Səsimə güvənirəm. Əlbəttə, inanıram. Birinci olmaq üçün qatılmışam.

- Müsabiqəyə seçilməyinizə ailənizin reaksiyası necə oldu?

- Ailəm həmişə uğurlarıma sevinirlər. Hər zaman mənə dayaqdırlar. Mənim müsabiqəyə seçilməyimə çox sevindilər. Mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm.

- Sosial şəbəkədə tamaşaçılar öz dəstəklərini sizə bildirdilər.

- Səsimi bəyənənlər mənə dəstək olur. Sosial şəbəkə vasitəsi ilə insanlar ürək sözlərini yazır, uğurlar arzulayırlar. Bizim xalq musiqini yaxşı duyur, gözəl səs sahibinə dəstək olurlar. Onlara minnətdaram.

- "Eurovision-2012" mahnı müsabiqəsinin milli seçim turunun yarımfinalçılarından birisiz. Yenidən o müsabiqədə iştirak etmək üçün hər hansı addım atmaq və ölkəmizi təmsil etmək istəyirsiniz?

- Azərbaycanı təmsil etmək ən böyük arzularımdan biridir. Müsabiqədə iştirak etmək çox istəyirəm. Qismət olsa, mən də o səhnədə çıxış edərəm.

- Gələcək hədəfləriniz nələrdir?

- Musiqi sahəsində böyük işlər görmək istəyirəm. Ilk hədəfim Türkiyədə albom buraxmaqdır.


© xezerxeber.az


3735 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR