Evinə girəndə dəhşətə gəldi: "Hücum edib dişlərini qoluma keçirdi" - VİDEO

04.10.2017 15:49

İndoneziyada dəhşətli hadisə baş verib.

Daily Mail xəbər verir ki, İndoneziyada 1-i uşaq olmaqla, 3 nəfərə xəsarət yetirən piton 37 yaşlı Robert Nababanın evində tapılıb.

Robertin sözlərinə görə, nəhəng ilan qapının küncündə gizləndiyi üçün əvvəl onu görməyib:

"İçəri daxil olanda gördüm ətraf dağınıqdı. Onu evdən çıxartmağa çalışarkən üstümə hücum edib dişlərini qoluma keçirdi. Özümü müdafiə etmək üçün masanın üzərindəki bıçaqla onu öldürdüm".

R.Nababa dərhal xəstəxanaya çatdırılıb və onun qoluna 23 tikiş vurulub./Publika.az



© xezerxeber.az


7229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR