Rusiyanın 7 şəhərində bombalar partlayacaq:
45 min insan təxliyyə edildi
Dünya
|
14:27 • 13 Sentyabr 2017
Rusiyanın 7 şəhərində bomba həyəcanı yaşanıb.
Stavropol, Yujno-Saxalinsk, Maqadan, Vladivostol, Perm,
Kalininqrad, Krasnoyarsk şəhərlərində 22 obyektə bomba qoyulması
ilə bağlı anonim zənglər daxil olub.
Güc strukturları bu zənglərdən sonra 205 obyektdən 45 min insanı
təxliyyə edib. Daha sonra obyektlərdə yoxlamalar aparılır, lakin
heç bir məlumat təsdiqini tapmayıb.
Hüquq-mühafizə orqanları ananim zənglərin mənbəyini axtarır. İlkin
məlumata görə, zənglərin bir çoxu Ukrayna ərazisindən edilib./Publika.az