Görünüşü hamını şoka salır, amma o... - VİDEO

10.09.2017 15:11

Marimar Quirora adlı 21 yaşındakı bloggerin üzündə anadangəlmə fibroma kisəsi var.

Bu xəstəlik onun üzünü pis göstərsə də, Marimar makiyaj videoları çəkərək özünün "Youtube" kanalında paylaşaraq bildiklərini insanlarla bölüşür. Marimarı görüb, ondan cəsarət almamaq mümkün deyil. Çünki, üzündəki şiş onun normal danışmasına, yemək yeməsinə və hətta nəfəs almasına belə maneə törədir. Yaşadığı çətinliklərə baxmayaraq o, hər həftə milyonlarla izləyicilərinə gözəllik sirlərini bölüşməklə məşğuldur. O, bununla kifayətlənməyib təhsil aldığı gözəllik məktəbində zumba dərsləri belə verir.

Marimar hər gün aynaya baxaraq, nə qədər gözəl olduğunu və sahib olduğu yaxşı nə varsa Allaha təşəkkür etdiyini deyib (mənə elə gəlir ki, bu hər bir insanın edəcəyi vərdiş olmalıdır. Afərin, Marimar!.


Publika.az

© xezerxeber.az


3607 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR