Kriminal aləmdə tanınan şəxs maşınında partladıldı - VİDEO

09.09.2017 10:24

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

APA-nın "112.ua"-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində Gürcüstan vətəndaşı ölüb.

"Partlayışa səbəb avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb”, deyə Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


3702 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR