Myanmada müsəlmanların qətliamına fətva verən lider öldürüldü - ÇEÇEN İZİ

07.09.2017 14:20

Myanmanın Arakan ştatında müsəlmanların qətliamına fətva verən buddist ruhani lider öldürülüb.

Ruhani lider dünən səhər saatlarında çeçen mücahidləri tərəfindən mühafizəçiləri ilə birlikdə qaçırılıb.

Xəbərə görə, öldürülən ruhani liderin gözləri də çıxarılıb.

Xatırladaq ki, daha əvvəl Çeçenistan başçısı Ramzan Kadırov Rusiya KİV-i fəaiyyətsizlikdə ittiham edib: "Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”.

O həmçinin qeyd edib ki, Myanmaya "ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Lakin onu da əlavə edib ki, Rusiya Myanmada "cinayətlər törədən” "şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq./publika.az

© xezerxeber.az


8333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR