Asiya sahillərində peyda olan naməlum canlı - VİDEO

07.09.2017 11:59

İndoneziyanın Maliku şəhəri yaxınlığında nəhəng naməlum canlı peyda olub.

Bu sirli məxluq yaxınlıqdakı bir vətəndaş tərəfindən görüntüyə alınıb.

Hələ də nə olduğu təsbit edilməyən canlının uzunluğu 15 metrdir və onurğalıdır.

Naməlum canlını diqqətlə incələyən balıqçılar onun mürəkkəb balığı olduğunu deyib. Lakin bu iddia həqiqətəuyğun deyil. Çünki mürəkkəb balıqları maksimum 13 metr uzunluğunda və onurğasız olur.

İndoneziyalı mütəxəssislər canlı üzərində elmi araşdırma aparıb və onun "çubuqlu balina” adlı heyvan olduğunu deyib./publika.az


© xezerxeber.az


3837 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR