Rusiya raketlərini hədəfə tuşladı: Dünyada gərgin gün

12.08.2017 14:08

Rusiya getdikcə gərginləşən Şimali Koreya böhranına diqqətsiz qalmayıb.

Rusiyanın havadan müdafiə sistemləri raketlərin atıla biləcəyi əraziləri nəzarətə götürüb.

Bu barədə məlumatı Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Ozerov verib. O, mətbuata açıqlamasında qeyd edib ki, rus ordusu ölkənin Uzaq Şərq bölgəsindəki havadan müdafiə sistemlərini hərəkətə gətirib: "Şimali Koreya ətrafında baş verənlər narahatlığa və torpaqlarımızı qorumaq üçün əlavə tədbirlər görməyimizə səbəb olub. Uzaq Şərqdə havadan müdafiə sistemləri və hava qüvvələri gücləndirilib".

Komitə sədrinin sözlərinə görə, ölkəsi prosesləri diqqətlə təqib edir və Şimali Koreyaya aid raketlərin düşə biləcəyi bölgələrə daha çox diqqət yetirilir.

Xatırladaq ki, davamlı olaraq raket sınaqları keçirən Şimali Koreya ABŞ-ın Quamdakı bazalarını "Hwasong-12” ballistik raketi ilə vura biləcəyini istisna etməyib.

© xezerxeber.az


1754 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR