Sumqayıtda dəhşət: Küçədə zorladığı qadını öldürdü

08.08.2017 11:20

Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report”un xəbərinə görə, 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polis saxlayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

© xezerxeber.az


4230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR