Dəhşətli qəza: 76 sm metal sinəsini deşib... - SON DƏQİQƏ

07.08.2017 13:30

Hindistanda dəhşətli avtomobil qəzası baş verib.

Hindistanın qərb əyalətlərindən olan Gujaratda 26 yaşlı Piyuş Sundarva sükan arxasında yatıb. Ehtiyatsızlıq səbəbindən idarə etdiyi avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində təxminən 76 santimetrlik metal parça avtomobilin ön şüşəsindən keçərək oğlanın sinəsinə girib.

Sürücü özünü itirmədən hadisə yerinə təcili tibbi yardım briqadası çağırıb.

2 saatdan çox davam edən əməliyyatda dəmir metal oğlanın sinəsindən çıxarılıb. Sol əlinin iki barmağını itirən Piyuş Sundarvanın vəziyyətinin ağır olduğu deyilib./publika.az






© xezerxeber.az


3993 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR