Casus ələ keçirildi - inanılmaz olay

30.07.2017 12:10

Suriya ilə sərhəddə cəsus saxlanıldı.

Suriyanın şimal qərbindən Hələbə 60 kilometr uzaqlıqda yerləşən İdlib şəhərində üzərində kamera olan cəsus quş aşkarlanaraq ələ keçirilib.
Məlumatda qeyd edilir ki, İdlib çölündə Azad Suriya Ordusunun əsgərləri havada uçan fərqli bir quşu müşahidə ediblər. Quşun hər gün davamlı olaraq eyni bölgədə uçduğu əsgərlərdə müəyyən şübhə yaradıb.

Müxalifəti təmsil edən əsgərlər atəş açaraq quşu vura bilib. Bu zaman bəlli olub ki, quşun üzərində kamera yerləşdirilib. Ayrıca başqa bir cihazda aşkar edilib.

Müxalifət əsgərləri quşu analiz etmək üçün öz komandanlığına göndərib. Sonradan bəlli olub ki, öldürülən quş nəsli tükənməkdə olan və bu səbəbdən dünyada təhlükədə olan quş sinfinə daxil edilən qırmızı kərkəsdir.

© xezerxeber.az


7720 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR