Nokia 9” gözləniləndən daha güclü olacaq

19.06.2017 15:02

Bir neçə aydır Finlandiyanın "HMD Global” şirkəti "Nokia 9” smartfon modelinin hazırlanması ilə məşğuldur. İki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, "Nokia 9” 2560х1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, "Snapdragon 835” prosessoru və "Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək. Lakin son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq.

Məlumata görə, qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, "Nokia 9” adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə, həmçinin qeyd olunub ki, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar olaraq qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq.

"Nokia 9” smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.


© xezerxeber.az


2159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR