QANDONDURAN CİNAYƏT: Qardaşını və onun 3 övladını əvvəlcə baltalıdı, sonra...

19.06.2017 14:59

Türkiyənin Ədirnə bölgəsində qandonduran cinayət hadisəsi baş verib. 26 yaşlı Fəyyaz Doksat ailə üzvlərini qətlə yetirib.

Fəyyaz qəbul etdiyi narkotikin təsiri altında evə gələrək bir evdə qaldığı 38 yaşlı qardaşını, 4,9 və 10 yaşlı qardaşı uşaqlarını balta ilə doğrayıb.

Qardaşı və qardaşı uşaqlarının başını bədənindən ayıran Fəyyaz, daha sonra onların əl-qolunu mişarla doğrayıb.

İşgəncələrlə öldürdüyü ailə üzvlərinin cəsədlərini həyətdəki divanın üzərinə yığaraq yandırıb. Tüstüyə çıxan qonşular hadisə yerinə polis və yanğınsöndürən briqada çağırıb.

Yanmış cəsədlər ekspertizaya göndərilib.

Hadisə yerindən qaçan Fəyyaz qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıb.

Törətdiyi cinayəti inkar edən 26 yaşlı Fəyyazın qanlı köynəyi və cinayət aləti məhkəmədə sübut kimi qəbul edilib. Məhkəmə onu ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib./publika.az

© xezerxeber.az


6035 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR