Ət yeməsəydik, dünya necə olardı? - İNANILMAZ NƏTİCƏLƏR

18.06.2017 13:29

Bəzi insanlar ət yemədiyi bir həyatı düşünmədiyi halda, bəziləri də həyatına yalnız bitki mənşəli qidalarla davam edir. Görəsən, dünyada heç kim ət yeməsəydi, nə olardı? Alimlər bu sualın cavabını veriblər, budur, nəticələrdən bəziləri:

- Dünyada hər il 7 milyon daha az ölüm olardı;

- Atmosferdə qlobal isinməni gücləndirən metan qazı 60 faiz azalardı;

- Heyvandarlıqla məşğul olmayacaqları üçün keçimini bunun üzərində quran köçərilər oturaq həyata dönər və mədəniyyətlərini tamamilə itirərdilər;

- Kütləvi şəkildə işsizlik yaranardı;

- Ət istehlakının azalması ürək və damar xəstəlikləri, şəkər və bəzi xərçəng növlərinin ortaya çıxmasını azaldardı./publika.az

© xezerxeber.az


3527 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR