Türkiyədə qorxu dolu gecə: 731 əsgər xəstəxanaya yerləşdirildi, 21 nəfər tutuldu - VİDEO

18.06.2017 13:17

Manisa Prokurorluğunun yaydığı məlumata görə, zəhərlənən əsgərlərin sayı 731-ə çatıb. Hərbi hissəni yeməklə təmin edən şirkətin 21 əməkdaşı saxlanılıb.

***

Bu gecə Türkiyənin Manisa bölgəsində xidmət edən 500 əsgər xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, hadisəyə səbəb qida zəhərlənməsinin olduğu ehtimal edilir. Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.


© xezerxeber.az


4419 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR