DİQQƏT: Sürücülər, bunu edən "yanacaq"! - 50 AZN cəriməsi var

13.06.2017 15:04

Paytaxt yollarında piyadaların qarşılaşdığı problemlərdən biri də, 4 yol ayrıclarında baş verir. Belə ki, işıqforun qırmızı işığının yandığını görən piyadalar çox vaxt əks istiqamətdə yaşıl işığın yandığını unudur. Bu da çox vaxt qəza şəraitinin yaranmasına gətirib çıxarır.

Maraqlıdır, belə anda piyada və sürücü nə etməlidir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib ki, qanun belə vəziyyətlərdə sürücünün piyadaya yol verməsini tələb edir:

"Belə hallarla bağlı qanunda yazılıb ki, sürücü yolu keçməkdə olan piyadaya yol verməlidir. Buna əməl etməyən sürücülər 50 manmat cərimə oluna bilər. Sürücülərin hamısı bu məsələyə riayət etməlidir. Əgər hansısa yolda bu məsələ ilə bağlı ciddi problemlər yaşanırsa, həmin yola əlavə olaraq piyada işıqforu qoyulmağı məsləhətdir”.

© xezerxeber.az


7186 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR