"Reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz” - Yeni qanun

02.06.2017 13:44

"YPX-nin əməkdaşı artıq gizli patrul xidmətləri göstərə bilməyəcək”.

XəzərXəbər xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov DİN-in Kollegiyası "Yol-patrul xidməti haqqında" yeni təlimatın təsdiq edilməsini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, təlimatda xeyli yeniliklər var:

"Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır. Yəqin ki, nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib. Yeni təlimatda gizli xidmət, hətta qarışıq (yəni yarı aşkar, yarı gizli) xidmət nəzərdə tutulmur.”

Ekspert qeyd edib ki, "Yol-patrul xidməti haqqında" yeni təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır:

"Bundan sonra nəqliyyat vasitələri yalnız "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz.”

© xezerxeber.az


19755 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR